Sosial şəbəkədə “Soliton” mağazalar şəbəkəsinin Göyçay filialı ilə bağlı narazılıq yayılıb.
“Yeni Sabah” xəbər verir ki, Xəyyam Salmanzadə adlı istifadəçi sosial şəbəkədə “Soliton” mağazalar şəbəkəsinin Göyçay filialından narazılığını ifadə edib.
Məlumata görə, Göyçay rayonunun Bığır kəndində yaşayan ahıl və tənha əlil qadın Mahizər Fərzəliyeva 10 yanvar 2026-cı il tarixində sözügedən mağazadan dəyəri 350 manat olan televizoru 6 aylıq kreditlə 597 manata alıb. Məişət texnikası
Lakin televizor alındığı gündən nasaz olduğu üçün vətəndaş dərhal taksi tutaraq məhsulu mağazaya geri qaytarıb. Mağaza əməkdaşları baş ofislə danışılacağını və televizorun yenisi ilə əvəz olunacağını vəd etdikləri üçün Mahizər Fərzəliyeva aylıq kredit ödənişlərini vaxtlı-vaxtında davam etdirib.
Şikayətçi bildirir ki, üstündən 9 ay keçməsinə və kredit ödənişlərinin tam aparılmasına baxmayaraq, mağaza hər dəfə “bu ay, gələn ay” deyərək vaxtı uzadır və vəd edilən yeni televizoru təhvil vermir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız