Bakıya bu tarixdə güclü qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıya bu tarixdə güclü qar yağacaq

Sosial

19 Yanvar 2026 12:09 87074


Bakıda qar nadir hallarda yağan, amma hər dəfə geniş müzakirə doğuran hadisədir. Məhz bu səbəbdən sinoptik xəritələrdə paytaxta doğru hərəkət edən soyuq hava axınları bu günlərdə həm mütəxəssislərin, həm də sakinlərin diqqət mərkəzinə düşüb. Temperaturun gecə saatlarında sıfır həddinə yaxınlaşması, buludluluğun artması və rütubətin yüksəlməsi “Bakıya qar yağacaqmı?” sualını yenidən gündəmə gətirib.

“Yeni Sabah” xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, mövcud meteoroloji proqnozlara əsasən, həftənin ilk günlərində paytaxtda yağıntıların sulu qar və qar şəklində düşmə ehtimalı var.

“Belə ki, Bazar ertəsi (19 yanvar) və Çərşənbə axşamı (20 Yanvar) gün ərzində havanın maksimum temperaturu 3°C, minimum temperaturu isə 0°C-yə qədər düşəcək, axşam və gecə saatlarında yağış, sulu qar və qar yağacağı ehtimal olunur (ehtimal 25%-dir)”. Toyuqlu pizza

Ekspert qeyd edir ki, Çərşənbə (21 yanvar) hava nisbətən açılacaq, lakin gecə saatlarında şaxtalı hava şəraiti müşahidə ediləcək.

“Həftənin sonu, yanvarın 22-dən etibarən temperaturun tədricən artaraq gündüz 7-8°C olacağı, yağıntıların isə daha çox yağış şəklində davam edəcəyi gözlənilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şahin
    Bezmədiz yalançı başlıq ilə xəbər paylaşmaqdan ?
    4 months ago
  • Sönməz
    Başlığı doğru düzgün yazın paylaşın zəhmət olmasa.Güclü qar yağacaq ifadəsini ,cümlədə tapmadım.
    4 months ago
  • Mehemmed
    910
    4 months ago