Balakəndə ağacları qanunsuz kəsdilər: 15 680 manatlıq ziyan 

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə ağacları qanunsuz kəsdilər: 15 680 manatlıq ziyan 

Sosial

27 Dekabr 2022 11:07 596


Balakən rayonunun Qazma və Katex kəndləri ərazilərində qovaq, qızılağac və yalanqoz ağaclarının kəsilməsi barədə polisə məlumatlar daxil olub. 

Bu barədə "Yeni Sabah"a DİN mətbuat xidmətindən məlumat verilib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Qazma kənd sakini Kamal Xəlilovun kənd ərazisində 4 ədəd qovaq ağacını, Katex kənd sakini Musa Musayevin isə kənd ərazisində 12 ədəd qovaq, qızılağac və yalanqoz ağaclarını kəsməklə təbiətə ümumilikdə 15.680 manat məbləğində ziyan vurmaları müəyyən olunub. Marqarita pizza

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!