“Balaları olmasa, Rəşadı bağışlamazdım” - Ələkbər Yasamallı

saytların hazırlanması

Evə çatdırılma

“Balaları olmasa, Rəşadı bağışlamazdım” - Ələkbər Yasamallı

Şou

07 May 2025 11:01 439


"Bibim oğlu İsgəndər atamın yanında dəfn olunub. Tez-tez məzarını ziyarət edirəm. O, mənim qardaşım idi. Qardaşım olmadığı üçün o bizdə, biz onlarda oluruq. Rəşad da mənimkidir. Allah onu da balalarına qovuşdursun".

Yenisabah.az xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı "Baku TV"yə müsahibəsində danışıb. O, həmkarı Rəşad Dağlının bibisi oğlu İsgəndəri qətlə yetirməsindən bəhs edib.

Ələkbər bildirib ki, Rəşadı balalrına görə bağışlayıb: Toyuqlu pizza

"İkisinin arasında qalmışdım. İndi də elə qalmışam. İkisinin də fikrini çəkirəm. Balaları olmasaydı, Rəşadı bağışlamazdım, gözləyərdim çıxıb gəlsin. Rəşad sənətkar adamdı, olmamalı idi. Balası olan bunu etməməliydi. Biri var, qeyrət, namus üstündə olsun, onda heç kimə qulaq asmamlısan. Amma ikinci... İsgəndərdən əvvəl iki balan var, onları düşünməliydin. Onlara həsrətə layiq deyil. İsgəndərin vidolarına, fotosuna baxa bilmirəm".

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!