Balasanyan Putinə müraciət etdi: Ermənilərin Qarabağa qayıtmasına kömək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Balasanyan Putinə müraciət etdi: Ermənilərin Qarabağa qayıtmasına kömək istəyir

Siyasət

01 May 2025 21:48 3594


Özünü qondarma rejimin keçmiş "Təhlükəsizlik Şurasının katibi" kimi təqdim edən, Qarabağ separatçısı Vitali Balasanyan Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Musavat.com “News.am”a istinadən xəbər verir ki, Balasanyan bu müraciətində Putindən xahiş edir ki, ermənilərin Qarabağa qayıtmasına şərait yaratsın və bu prosesə vasitəçilik etsin.

“Ümid edirik ki, Sizin köməyiniz və dəstəyinizlə Qarabağ erməniləri - Böyük Vətən müharibəsində qələbə qazanmış xalqın nəslindən olan insanlar - yenidən öz tarixi hesab etdikləri torpaqlara dönə biləcəklər”, - deyə Balasanyan sərsəmləyib. pizza sifarişi

Qeyd edək ki, Vitali Balasanyan bir müddət öncə Azərbaycanın suverenliyini pozaraq qanunsuz rejimdə müxtəlif "vəzifələr" tutmuş şəxslərdən biridir. Onun bu çağırışı bəzi dairələrin hələ də revanşist iddialardan əl çəkmədiyini göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Gərək balasanyan Putindən xahiş edərdiki Rusiyanın köməkliyi ilə Səhv edib AZƏRBAYCANLILARIN QANINI. TÖKMƏKDƏ SƏHV ETMİŞƏN. MƏNİ DAR AĞACINDAN ASIN.
    1 year ago