Azərbaycanda mövsümi balıq ovuna tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, bazarlarda müxtəlif növ balıqların satışı davam edir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə AzTV-nin hazırladığı süjetdə məlumat verilib.
Bildirilib ki, hazırda satışa çıxarılan balıqların böyük hissəsi xaricdən idxal olunur və ya balıqçılıq təsərrüfatlarında yetişdirilir. Bazarlarda əsasən farel balığı təklif edilir. Pepperoni pizza
Ceyhun Əliyev bildirib ki, ölkədə akvakultura məhsullarının illik istehsal həcmi 3500-4000 ton təşkil edir. Onun sözlərinə görə, bu göstərici daxili tələbatın yalnız kiçik hissəsini ödəyir.
Süjetdə alıcılar bazarda seçim imkanlarının məhdud olduğunu desələr də, təqdim olunan məhsulların keyfiyyətindən razı qaldıqlarını bildiriblər. Satıcılar isə qiymətlərin balığın növü, çəkisi və mənşəyindən asılı olaraq dəyişdiyini qeyd ediblər.
Telegram kanalımız