Ramiz Mehdiyevin bankı BAĞLANDI

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin bankı BAĞLANDI

İqtisadiyyat

31 İyul 2026 17:53 749


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Bank BTB" ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış "T-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bununla da, ölkədə BOKT-ların sayı 53-ə çatıb. Sezar pizza

Xatırladaq ki, AMB-nin 5 mart 2026-cı il tarixli qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB"nin müraciəti əsasında onun BOKT-a çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində, "Bank BTB"-nin öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilib, bankın kreditorlarının məlumatlandırılması təmin olunub. Bu çərçivədə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə "Bank BTB" arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Həmin müqaviləyə uyğun olaraq "Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.

"Bank BTB"nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülüb, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb. Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb. "Bank BTB"yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.

Bununla da, "Bank BTB"nin "T-Kredit" BOKT-a çevrilməsi prosesi uğurla tamamlanıb. Yeni kredit təşkilatı faliyyətini Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında həyata keçirəcək.

Xatırladaq ki, "Bank BTB"nin əsas səhmdarı 76.7 faiz payla PA-nın sabiq rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17.7 faiz) və Tükəzban Mahmudova (5,6 faiz), bankın Müşahidə Şurasının sədri də eyni zamanda Rza Sadıq idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!