“Bank of Baku” ASC-nin təqdim etdiyi pul vəsaitlərinin hərəkəti haqqında hesabatına əsasən, cari hesabat dövründə bankın əməliyyat fəaliyyəti üzrə faiz gəlirləri kəskin artaraq 100 milyon 521 min manata çatıb.
“Yeni Sabah” xəbər verir ki, eyni dövrdə ödənilmiş faiz xərcləri 47 milyon 767 min manat, alınmış haqq və komissiya gəlirləri isə 17 milyon 142 min manat təşkil edib.
Hesabat dövründə bank fəaliyyəti üzrə əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklərdən əvvəl yaradılan pul vəsaitləri 24 milyon 693 min manat olub. Sezar pizza
Müştərilərə verilmiş kreditlərdə xalis artım 146 milyon 895 min manat, müştəri depozitləri və cari hesablar üzrə xalis artım isə 181 milyon 613 min manat təşkil edib. Əməliyyat fəaliyyəti ilə əlaqədar generasıya olunan xalis pul vəsaitləri 32 milyon 329 min manata yüksəlib.
Nəticədə, dövrün sonuna bankın pul vəsaitləri və onların ekvivalentlərinin həcmi artaraq 97 milyon 445 min manata çatıb.
Cəlalə Cəlalqızı
Telegram kanalımız