“Bank of Baku“nun səhmdarları bankdan bu qədər qazanır- Rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

“Bank of Baku“nun səhmdarları bankdan bu qədər qazanır- Rəqəmlər

İqtisadiyyat

03 İyul 2026 16:23 509


"Bank of Baku" ASC 2025-ci ilin maliyyə nəticələrinə əsasən səhmdarlarına 12 milyon manat dividend ödəyəcək.

“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu, 2024-cü ilin nəticələri üzrə elan edilmiş 10,526 milyon manatlıq dividendlə müqayisədə 1,474 milyon manat və ya 14% çoxdur.

Səhmdarların pay bölgüsü dəyişmədiyindən onların dividend gəlirləri də eyni nisbətdə artıb. pizza sifarişi

Belə ki, səhmlərin 35%-nə sahib olan "NAB Holding" 2025-ci il üzrə 4,2 milyon manat dividend əldə edəcək. Bu, ötən ilki 3,684 milyon manatla müqayisədə 516 min manat və ya 14% çoxdur.

Bankın 31,11%-lik səhmdarı Hikmət İsmayılovun dividend gəliri 3,733 milyon manata yüksəlib. Bu göstərici ötən ilki 3,274 milyon manatla müqayisədə 459 min manat və ya 14% artım deməkdir.

Səhmlərin 28,89%-nə sahib olan "Azpetrol Neft Şirkəti" MMC 3,467 milyon manat dividend alacaq. Bu, 2024-cü ildəki 3,041 milyon manatla müqayisədə 426 min manat və ya 14% çoxdur.

Bankın 5%-lik səhmdarı Elçin İsayev isə 600 min manat dividend əldə edəcək. Ötən il bu məbləğ 526,3 min manat olub. Beləliklə, onun dividend gəliri də 73,7 min manat və ya 14% artıb.

Qeyd edək ki, 2025-ci ildə "Bank of Baku"nun xalis mənfəəti 27,821 milyon manat təşkil edib. Bunun 12 milyon manatı dividend kimi bölüşdürüləcək, qalan hissəsi isə bankın bölüşdürülməmiş mənfəətinə əlavə olunacaq. Bankın hər səhm üzrə mənfəəti də ötən ildəki 7,97 manatdan 8,18 manata yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!