“Bank VTB Azərbaycan”ın xalis mənfəəti azalıb

saytların hazırlanması

Evə çatdırılma

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti azalıb

İqtisadiyyat

16 İyul 2026 10:52 69


"Bank VTB Azərbaycan" ASC cari ilin birinci yarısına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bankın xalis mənfəətində ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma müşahidə olunub.

“Yeni Sabah” xəbər verir ki, yanvar-iyun aylarının nəticələrinə görə, bank yarımilliyi 5,826 milyon manat xalis mənfəətlə tamamlayıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 6,319 milyon manat təşkil edirdi. Hesabat dövründə maliyyə qurumunun ümumi gəlirləri illik müqayisədə 8,1% azalaraq 26,053 milyon manata, ümumi xərcləri isə 4% azalaraq 21,393 milyon manata düşüb. Bununla yanaşı, bankın xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,1 dəfə artaraq 554 min manata yüksəlib, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 612 min manat təşkil edib.

Bu il iyulun 1-nə olan məlumata görə, "Bank VTB Azərbaycan"ın aktivlərinin ümumi həcmi illik müqayisədə cüzi – 0,1% kiçilərək 336,851 milyon manat təşkil edib. Aktivlərin əsas hissəsini, yəni 247,35 milyon manatını müştərilərə yönəldilən xalis kreditlər təşkil edib ki, bu da son bir ildə bankın kredit portfelinin 19,8% böyüməsi deməkdir. Bunun əksinə olaraq, hesabat dövründə bankın öhdəlikləri 3,7% azalaraq 220,669 milyon manata, depozit portfeli isə 13,3% geriləmə ilə 121,778 milyon manata düşüb. Bankın balans kapitalı isə 7,7% artaraq 116,164 milyon manat səviyyəsinə çatıb. pizza mizza

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2009-cu ildə, daha öncə fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında təsis edilib. Nizamnamə kapitalı 315,815 milyon manat olan bankın səhmlərinin böyük hissəsi (99,999995%-i) Rusiyanın "Bank VTB" ASC-yə, qalan cüzi payı (0,000005%-i) isə fiziki şəxs Adıgözəl Ağayevə məxsusdur. /Plat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!