Baqiri-Kəni: Aktivlər qeyd-şərtsiz qaytarılmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Baqiri-Kəni: Aktivlər qeyd-şərtsiz qaytarılmalıdır

Dünya

28 May 2026 11:01 42


ABŞ xaricdəki İran aktivlərini dondurulmadan çıxarıb Tehrana qeyd-şərtsiz təhvil verməyə borcludur.

“Yeni Sabah” Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri-Kəni bildirib.

"Biz ABŞ-nin dondurduğu bütün İran aktivlərinin azad edilməsini istəyirik və bu, İran xalqının qanuni hüququdur. İran aktivləri tam və qeyd-şərtsiz İrana qaytarılmalıdır", - Baqiri-Kəni vurğulayıb. Pepperoni pizza

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi müqabilində ABŞ sanksiyalarından güzəşt alması ideyasını qəbul etməyəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!