“NATO-nun alyans kimi kasetli sursatların qadağan olunması Konvensiyası ilə bağlı mövqeyi yoxdur. Bir sıra müttəfiqlərimiz Konvensiyanı imzalayıblar, lakin müttəfiqlərin bəzisi isə bunu imzalamayıb”.
Yenisabah.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq gələn həftə Vilnüsdə keçiriləcək sammitdən əvvəl mətbuata açıqlamasında deyib.
“Ukraynaya silah və hərbi ləvazimatların çatdırılması ilə bağlı qərar ayrı-ayrı müttəfiqlərin üzərinə düşür. Və bu, NATO-nun ittifaq kimi yox, individual hökumətlərin qərar verməsi olacaq. Biz amansız müharibə ilə qarşı-qarşıyayıq və unutmamalıyıq ki, bu vəhşilik hər gün insan tələfatı ilə üzləşdiyimiz gerçəyi əks etdirir. Kasetli sursatlardan isə hər iki tərəf istifadə edir. Dominos pizza
Rusiya öz amansız müharibəsində kaset sursatlarından başqa bir ölkəni işğal etmək üçün istifadə etdiyi halda, Ukrayna bunu özünü müdafiə etmək üçün istifadə edib. Bu amansız müharibəyə son qoymağın ən yaxşı yolu Prezident Putin və Rusiyanın başqa ölkəyə hücumu dayandırmasıdır”, - deyə Baş katib qeyd edib.
Telegram kanalımız