Baş katibdən çağırış: Taxıl müqaviləsinə qayıdın

saytların hazırlanması

Evə çatdırılma

Baş katibdən çağırış: Taxıl müqaviləsinə qayıdın

Dünya

28 İyul 2023 21:29 646


BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişini müzakirə etmək üçün Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ilə görüşüb.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik danışıb.

O bildirib: "BMT-nin baş katibi Rusiyanı "taxıl təşəbbüsü"nə qayıtmağa çağırıb, həmçinin Rusiya və Ukrayna ərzaq məhsullarının geri qaytarılmasını asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bir daha bəyan edib”. Toyuqlu pizza

A. Quterreş Qara dəniz taxıl təşəbbüsünün bərpasının mümkünlüyü ilə bağlı bütün maraqlı tərəflərlə təmasları davam etdirəcəyini bildirib.

O qeyd edib ki, bu həm Kiyevin, həm də Moskvanın maraqlarına cavab verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!