Baş nazir erməni ordusunu təqsirkar çıxartdı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir erməni ordusunu təqsirkar çıxartdı

Rəsmi

27 İyun 2023 11:43 1686


Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu ittihamlayıb.

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.

Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələri vəzifələrinin öhdəsindən gələcəyini bildirmişdi:

“Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”.

Nikol Paşinyan etiraf edib ki, əslində, 2020-ci ildə baş verən 44 günlük müharibədən yayınmaq olardı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!