Baş nazir hər kəsin gözlədiyi qərarı imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir hər kəsin gözlədiyi qərarı imzaladı

İqtisadiyyat

13 Oktyabr 2026 15:09 715


Azərbaycanda sudan ödənişli istifadə qaydaları yeni redaksiyada təsdiq edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla təsdiqlənən yeni qaydalara əsasən, təbii su mənbələrindən götürülən suya görə ödənişlərin hesablanması, uçotu və tənzimlənməsi mexanizmləri yenilənib. Sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, texniki səviyyəsindən, götürülmə və nəqledilmə üsullarından asılı olaraq ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılır. Marqarita pizza

Su obyektlərindən texniki qurğular və avadanlıqlar tətbiq edilməklə götürülən suyun həcminə görə ödənişlər suölçmə cihazlarının göstəricilərinə əsasən hesablanacaq. Sayaç quraşdırılmadığı keçid dövründə isə ödənişlər elektrik enerjisinin aylıq sərfiyyatı, hidroenergetika üzrə istehsal olunan elektrik enerjisinin həcmi və ya qurğuların il ərzində maksimum sugötürmə imkanının müəyyən edilmiş faizləri (sənaye üzrə yerüstü suya 50%, digər məqsədlər və yeraltı sular üzrə 10%) əsasında müəyyən ediləcək. Sudaşıyan avtomobillərlə götürülən suya görə ödənişlər isə tərtib edilən aktlar əsasında aparılacaq.

Təbii su mənbələrindən "Regional Su Meliorasiya" QSC-nin emal edilməmiş su ilə təmin edilməsinə, "Regional Su Meliorasiya" QSC və "İri Şəhərlərin Su Təchizatı" QSC tərəfindən içməli su təchizatına, habelə "Azərenerji" ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadəyə görə ödəniş tutulmayacaq. Həmçinin yanğından mühafizə ehtiyacları və fiziki şəxslərin texniki qurğulardan istifadə etmədən ümumi istifadədə olan su obyektlərindən öz ehtiyacları üçün istifadəsi ödənişsizdir.

Sənaye müəssisələri, kənd təsərrüfatı istehsalçıları və digər su istehlakçıları təchiz edilən xam suyun dəyərini cari ay üçün növbəti ayın 10-dək ödəyəcəklər. Mənbədə su çatışmadığı hallarda "Regional Su Meliorasiya" QSC istehlakçıları 30 təqvim günü əvvəldən xəbərdar etməklə verilən suyun həcmini mütənasib şəkildə azaldacaq.

Sudan İstifadəedənlər Birlikləri (SİB) isə xidmət göstərdiyi ərazilərdə əkin sahələrinə verilən suvarma suyuna görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi yuxarı həddən çox olmamaqla sərbəst qiymətlər tətbiq edəcək. Su ehtiyatlarının, içməli və xam su təchizatının uçotu məlumatları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən "Elektron su təsərrüfatı" informasiya sisteminə daxil ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!