"Gürcüstan ərazisini işğal edən yeganə dövlət və tərəf, təbii ki, Rusiya Federasiyasıdır. Bu, çox sadə bir faktdır".
"Yeni Sabah" Gürcüstanın "Birinci Kanal"ına istinadla xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze bildirib.
"İşğala gəldikdə, hər şey tamamilə aydındır. Bununla bağlı çoxsaylı açıqlamalar verilib və bu məsələ artıq əlavə aydınlaşdırma tələb etmir. Əlbəttə, Rusiya Federasiyası Gürcüstan ərazisinin 20%-ini işğal edib ki, bu da Gürcüstan dövlətinə və xalqımıza qarşı cinayət idi. Bu, Gürcüstan dövlətinə və gürcü xalqına qarşı törədilmiş tamamilə açıq bir cinayətdir. Bu, işğal idi və sonra sözdə tanınma gəldi", - deyə Kobaxidze qeyd edib. pizza hut
Telegram kanalımız