Baş nazir yeni hökumətin qarşısında duran vəzifələri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir yeni hökumətin qarşısında duran vəzifələri açıqladı

Siyasət

16 Fevral 2024 10:52 513


Baş nazir Əli Əsədov yeni hökumətin qarşısında duran əsas vəzifələri açıqlayıb. 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında yenidən Baş nazir seçilən Əli Əsədov bildirib. 

O bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri ordu qurculuğu, hərbi sənayenin inkişafı, sərhədlərin qorunmasının gücləndirilməsi olacaq:  Pepperoni pizza

“Digər tərəfdən ölkənin xarici risklərdən qorunmaq, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması əsas prioritetlərdən olacaq. 

Hər zaman olduğu kimi şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısının artirilması planlaşdırılır”. 

Qeyd edək ki, Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!