Baş Nazirdən müharibə veteranları ilə bağlı mühüm  QƏRAR

Baş Nazirdən müharibə veteranları ilə bağlı mühüm QƏRAR

Siyasət Veb saytların hazırlanması

05 Avqust 2022 21:26 1347


“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bu Qayda “Veteranlar haqqında” qanuna uyğun olaraq hazırlanıb və müharibə veteranlarının reyestrinin formalaşdırılmasının, aparılmasının, inteqrasiyasının və arxivləşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!