Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib

Siyasət

06 May 2026 21:20 95


Bəzi xəbər saytlarında Bakı şəhərində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə dövlət ittihamını müdafiə edən prokurorun məhkəmədəki çıxışı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Bu barədə "Yeni Sabah"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, yayılan məlumatlarda guya dövlət ittihamını müdafiə edən prokuror tərəfindən təqsirləndirilən şəxsə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi istənilib. pizza mizza

"Bununla bağlı bildiririk ki, qeyd olunan məlumatlar həqiqətə uyğun deyildir. Dövlət ittihamçısı çıxışında Babək İbadovun ittiham olunduğu əməlin ictimai təhlükəlilik dərəcəsi, iş üzrə toplanmış sübutların məcmusu və cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla onun 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib.

Media nümayəndələri və ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, yoxlanılmamış və yanlış məlumatların yayılmamasına çağırırıq", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!