Baş redaktor KİVDF-nin yeni şərtlərini tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş redaktor KİVDF-nin yeni şərtlərini tənqid etdi

Sosial

31 Yanvar 2019 22:04 1290


KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı qaydaları dəyişib.

Mətbuatda yayılan məlumatlara görə, KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi, digərlərinin isə bundan məhrum edilməsi nəzərdə tutulub.

Maliyyə yardımı dayandırılacaq qəzetlər siyahısında yer alan “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli “Yeni Sabah”a danışarkən müəyyən edilən yeni şərtlərin sərt olduğunu vurğulayıb: Pepperoni pizza

“KİVDF-nin qəzetlərin maliyyələşməsi ilə bağlı müəyyənləşdirdiyi yeni şərtlər kifayət qədər sərtdir. Bu şərtlər hazırki qəzet bazarına uyğun deyil. Yəni  Azərbaycanda əksər qəzetlər bu şərtlərə cavab vermir. Bu baxımdan yeni şərtləri təqdir etmirəm, müsbət qarşılamıram. Və düşünürəm ki, qəzetlərə ciddi problem yaradacaq.

O ki qaldı, “Reytinq” qəzetinə maliyyə ayrılmamasına, özləri bilərlər. KİVDF-dən asılıdır, bu barədə nəsə deyə bilmərəm. Maliyyə ayırmırlarsa, ayırmasınlar. Uzağı qəzetin fəaliyyətini dayandırıb onlayn media şəklində işimizə davam edəcəyik. Bizim üçün hər hansı problem yoxdur.  Onsuzda hamı qəzet bazarında vəziyyətin necə olduğunu bilir”.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!