Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Başa düşdüm ki, biz yaşamırıq, elə-belə mövcuduq“
31 İyl 2021 16:03
1736

“Başa düşdüm ki, biz yaşamırıq, elə-belə mövcuduq“

"Veriliş final bölümünü çəkdi. Bilmirəm, yeni mövsümdə olacaq, ya yox. Biz burada təkcə müğənnilərə yox, aktyorlara da yer verdik. Gördük ki, aktyorlar müğənnilərdən çox reytinq verdi. Mən apardığım verilişlər maraqlı olur. Çalışıram gözəl işlərə imza atım. "Dönə bilsəm" qədərli bir proqramdı və maraqlıdır. Elə bir layihədir ki, özüm qonaq olum".

Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova deyib. Sənətçi Axşam.az-a açıqlamasında "Dönə bilsəm" proqramından danışıb. O bildirib ki, bir çox yeni təkliflər də alıb:

"Deyirəm ki, hələ verilişim var. Reytinqlidir, davamı olmalıdır".

Heç vaxt seriallara çəkilməyən Z.Qasımova bu mövsüm yaradıcılığında ilkə imza atdığını deyib:

"Oksana Rəsulovanın "Yalan həqiqət" serialında rol aldım. Qonorar da aldım. Hər zaman deyirdim ki, ucuz razılaşmaram. Düzdür, maaşımı aldım. Düşündüm ki, bir aktrisa kimi filmlərdə yoxam, özümü bu sahədə təsdiqləməliyəm. Məni teatrdan tanıyırlar, aparıcı kimi sevirlər. Amma filmlərdə də olmalıyam. Gözəl obraz idi. Sarışın, evlər yıxan bir xanım obrazı oynadım".

"Seriala çəkilmə razılığını verməyinizə teatrların qapalı olması səbəb oldu" sualına aktrisa belə cavab verib:

"İki ilə yaxındır ki, tamaşa yoxdur. Pandemiya aktyorlara pis təsir etdi. Yaşayıram, dövlət maaş da verir. Amma hiss etdim ki, mən teatrsız hamıdan birinə çevrildim. Teatrsız həyat yoxdur. Film yox, teatr adamları fərqlidir. Başa düşdüm ki, biz yaşamırıq, elə-belə mövcuduq. Mənim üçün teatrsızlıq böyük faciədir. Tamaşaçı ilə ünsiyyət həyatdır. Hər zaman deyirəm ki, iki həyatım var: biri real, digəri teatrdakı. İkili həyat yaşamışam. İndi isə bir həyatı yaşamağa məcbur oldum. Teatrsız həyat istəmirəm.

Deyirlər peyvəndlənmə 80 faizə çatanda teatr açılacaq. Teatr canlı sənətdir. İndi və burada baş verir. Onlayn tamaşa oldu. Teatr aktyorunu başa düşməzlər. Bizim var olmağımızdır. Bir çox sənət adamları etiraz etdi. Peyvənd olmamışam, çünki yeni əməliyyatdan çıxmışam. İcazə olan kimi mən də vaksin vurduracam".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər