“Başa düşdüm ki, bu sualları şagirdlərin düşməni yazıb”

saytların hazırlanması

Evə çatdırılma

“Başa düşdüm ki, bu sualları şagirdlərin düşməni yazıb”

Xalqın səsi

03 Fevral 2019 20:09 1283


“Şagirdin nəyinə lazımdır o qədər özbək, uyğur şairinin adını yadında saxlasın və ya nə qədər pambıq, badımcan yığıldığını əzbərləsin? Sən özün onları bilirsən? Kitabı qabağına qoymaqla sual yazmaq olar, amma unutma ki, şagird o suala cavab yazanda qabağında kitab olmur”. 

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bu gün keçirilən 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsini qiymətləndirərkən deyib. O, bildirib ki, tarix fənnindən təqdim olunan sualların heç biri şagirdlərin bilik və bacarıqlarını, dünya görüşünü yoxlayan test tapşırıqları deyildi: “Hamısı faktoloji, əzbərçilik tələb edən suallar idi. Sualları tərtib edən mütəxəssislər deyəsən hələ də yaddaş məktəbində qalıblar, təfəkkür məktəbinə keçə bilməyiblər. Gəlsin, o sualı seçənə 25 sual yazım verim, yarısını yaza bilsə, pul mükafatı verəcəm. Bu nə sualdır?

Belə suallarla nə istedadlı uşaqların aşkar edilməsi mümkündür, nə də şagirdlərdə fənlərə olan marağın artırılması.  Pepperoni pizza

Hə, bizim olimpiadaya suallarından xəbərimiz yoxdur axı. Ancaq onlar bilir hər şeyi.

Amma fənn olimpiadası keçirilən ölkələrin təqdim etdikləri sualları görürük. 

Suallar şagirdlərin dünya görüşünü, məntiqini, mülahizə və təkliflər irəli sürməsini yoxlamalıdır.

Bu gün təqdim olunan sualları təhlil edəndən sonra başa düşdüm ki, ya bu sualları əmək müəllimi yazıb, ya da tarix elminin, şagirdlərin düşməni, şagirdləri tarix fənnindən iyrəndirmək istəyən biri”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!