“Başımdakı meyvələrlə fəxr edirəm” - Elza

saytların hazırlanması

Evə çatdırılma

“Başımdakı meyvələrlə fəxr edirəm” - Elza

Şou

01 İyun 2023 15:29 933


“Bizimləsən” verilişində qonaq olan Əməkdar artist Elza Seyidcahan canlı efirdə gərgin anlar yaşayıb.  

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, buna səbəb Roman adlı iştirakçının şəxsin geyimi olub.  

E. Seyidcahan iştirakçının fəsilə uyğun geyinmədiyini deyərək qarşı tərəfi tənqid edib. Lakin bu sözlər Romanın heç də xoşuna gəlməyib. Bəstəkarın iradına cavab olaraq iştirakçı “Mən başımda meyvəylə gəzmirəm ki...” – deyə sərt sözlərdən istifadə edib.   pizza mizza

Romanın sözlərinə cavab olaraq isə bəstəkar bu cavabı verib: 

“Mən başımdakı meyvələrlə həmişə fəxr edirəm. O, bir sənətkarın obrazıdır. Hər halda üzr istəyirəm, bədəninizə döymə etdirməkdənsə... Bədənini bu hala salmaqdansa, başına meyvə qoysaydın, ondan min dəfə yaxşı olardı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!