“Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma keçib, nəticədə düşmən bəzi mövqelərini tərk edib”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Şərq Hərbi Qrupunun komandiri Oleksandr Sirski deyib.
O bildirib: “Düşmən irəliləmək üçün maksimum səy göstərir və heç nəyi nəzərə almır. Ağır itkilərə baxmayaraq, “Vaqner” qrupları, digər özəl şirkətlərin döyüşçüləri və paraşütçüləri daim döyüşə atılır. Lakin düşmən şəhərə nəzarəti ələ keçirə bilmir”. Marqarita pizza
Sirskinin sözlərinə görə, vəziyyət kifayət qədər mürəkkəbdir:
“Şəhərin bəzi yerlərində düşmən bölmələrimizdən adekvat cavab alıb və bəzi mövqeləri tərk edib”.
O. Sirski əlavə edib ki, Baxmut istiqamətində intensiv hərbi əməliyyatlar davam edir, lakin düşmən hələ də Ukrayna mövqelərinin müdafiəsini yara bilməyib.
Telegram kanalımız