ABŞ prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün rekord 858 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, bu, 2022-ci ilin büdcəsindən təxminən 80 milyard çoxdur.
Bu məbləğin 800 milyon dolları Ukraynaya yardım üçün ayrılıb, 6 milyard dolları isə Rusiyanın Avropada cilovlanmasına sərf olunur. Vaşinqton, həmçinin, Tayvana da hərbi yardım üçün 10 milyard dollar ayıracaq. Pepperoni pizza
Belə ki, sənəd yeni B-21 strateji bombardmançı təyyarələrin istehsalı proqramının tam ödənilməsini nəzərdə tutur, eləcə də orduya daha 36 ədəd F-35 qırıcı təyyarəsi almağa icazə verir.
Qeyd edək ki, ABŞ-da hərbi xəstəxanaların infrastrukturunun yaxşılaşdırılması üçün 50 milyard dollardan çox vəsait ayrılıb.
Telegram kanalımız