Bayden “erməni soyqırımı”nı tanımağa hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Bayden “erməni soyqırımı”nı tanımağa hazırlaşır

Siyasət

22 Aprel 2021 10:33 781


ABŞ prezidenti “erməni soyqırımı”nı tanımağa hazırlaşır.

Yenisabah.az “Wall Street Journal”a istinadla xəbər verir ki, bunu Bayden administrasiyasındakı adlarının açıqlanmasını istəməyən mənbələr bildirib.

Onların sözlərinə görə, aprelin 24-də prezident Co Bayden Birinci Dünya müharibəsi əsnasında baş vermiş “erməni soyqırımı”nı rəsmi olaraq tanıyacaq.

Bu, Türkiyə-ABŞ ikitərəfli münasibətlərinə ciddi ziyan vurma ehtimalı olan bir addım ola bilər.

Xatırladaq ki, 2019-cu ildə ABŞ Nümayəndələr Palatası “XX əsrin əvvəllərində Osmanlı İmperiyası dövründə erməni soyqırımı”nı səs çoxluğu ilə tanıyan qətnamə qəbul edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!