Bayden gələcək kabinetinin üzvlərini təqdim etdi
25 Noy 2020 00:40
476

Bayden gələcək kabinetinin üzvlərini təqdim etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden gələcək kabinetini təmsil edəcək komanda üzvlərini təqdim edib.

Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Delaver ştatının Vilminqton şəhərindəki çıxışı zamanı Bayden və onun gələcək nazir namizədləri eyni səhnədə yan-yana dayanıblar.

Məlumata görə, Co Bayden Toni Blinkeni Dövlət katibi vəzifəsinə, Linda Tomas-Qrinfildi BMT-dəki daimi nümayəndəliyə, Ceyk Sallivanı milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsinə, Alexandro Mayoraksı Daxili Təhlükəsizlik Nazirliyinə, keçmiş Dövlət katibi Con Kerrini isə iqlim məsələləri üzrə məsul vəzifəyə təqdim edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər