Ukrayna prezidenti Volodimir Zelenski G7 ölkələrinin onlayn sammitindən əvvəl ABŞ prezidenti Co Baydenlə mövqelərini razılaşdırdığını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında yayımladığı videomüraciətdə bildirib.
Zelenski qeyd edib ki, onun ABŞ prezidenti ilə telefon danışığı olub: pizza hut
“Bu danışıq həmişəki kimi mənalı və faydalı olub. Bizim möhkəm razılaşmalarımız var. Ukraynanın iştirak edəcəyi G7 sammiti bu gün baş tutacaq və indi biz Amerika ilə mövqelərimizi razılaşdırdıq”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Bayden Kiyevin təklif etdiyi “sülh formulu”nun müsbət qarşılandığını açıqlayıb.
“Onlar, həmçinin, müdafiə, zenit müdafiəsi, artilleriya, infrastrukturun mühafizəsi və enerji sahəsində əməkdaşlığı müzakirə ediblər”, - deyə Ukrayna prezidenti əlavə edib.
Telegram kanalımız