Bayden-Stoltenberq: İsveçin NATo üzvlü olacağına ümid edirik

saytların hazırlanması

Evə çatdırılma

Bayden-Stoltenberq: İsveçin NATo üzvlü olacağına ümid edirik

Dünya

14 İyun 2023 09:39 673


ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən görüşdə İsveçin mümkün qədər tez NATO-ya üzv olması ilə bağlı ümumi istəklərini təsdiqləyiblər.

Yenisabah.az xəbər verir ki, bunu Ağ Evin mətbuat xidməti bəyan edib.

Bayden və Stoltenberq Ukrayna ilə bağlı vəziyyəti də müzakirə ediblər. Dördpendirli pizza

ABŞ prezident administrasiyası bildirib: “Onlar müttəfiqlərin və tərəfdaşların Ukraynaya yardım üçün ikitərəfli əsasda göstərdiyi dəstəyi alqışlayıblar.

Prezident Bayden NATO müttəfiqlərini 9-11 iyul 2024-cü il tarixlərində Vaşinqtonda NATO-nun 75-ci Yubiley Sammitinə ev sahibliyi etməyi səbirsizliklə gözlədiyini söylədi".

Amerika lideri ilə NATO-nun baş katibi arasında görüş iyulun 11-12-də Vilnüsdə (Litva) keçiriləcək NATO sammitindən əvvəl iyunun 14-də baş tutub.

İsveç NATO-ya üzv olmaq niyyətini 2022-ci ilin mayında Finlandiya ilə eyni vaxtda elan edib. İsveçin alyansa qoşulması Türkiyə və Macarıstan tərəfindən hələlik ratifikasiya olunmayıb. Ötən həftə Stoltenberq İsveçin üzvlüyünün ratifikasiyasının NATO sammitinə qədər tamamlanacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, İsveç alyansa qoşulmaq üçün bütün şərtləri yerinə yetirib və buna görə də Türkiyə etirazlarını geri götürməlidir.

ABŞ dövlət katibi Entoni Blinken iyunun 12-də bildirib ki, alyansın sammitindən əvvəl İsveçin rəsmi olaraq NATO-ya üzv olmasını gözləyir.

Finlandiya aprelin 4-də rəsmi olaraq NATO-ya üzv olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!