Baydenin andiçmə mərasimində bu müğənnilər səhnə alacaqlar
14 Yan 2021 17:33
234

Baydenin andiçmə mərasimində bu müğənnilər səhnə alacaqlar

ABŞ prezidenti seçilən Co Baydenin rəsmi olaraq vəzifəsinin icrası başlayacağı andiçmə mərasimində kimlərin səhnə alacağı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, məşhur aktyor Tom Hanksın aparıcılıq edəcəyi mərasimdə Ledi Qaqa milli marşı səsləndirəcək. Bununla yanaşı Cenifer Lopez, Con Bin Covi, Demi Lovato və Castin Timberleyk kimi məşhurlar da səhnədə olacaq. 

Bildirək ki, Baydenin andiçmə mərasimi "Georgetown" Universitetinin 44-cü rektoru olan Leo Donovanın nitqi ilə başlayacaq və ardınca 2017-ci ildə ABŞ-dakı ilk Milli Gənclik Şairi Mükafatı alan Amanda Qorman şeir oxuyacaq.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər