Baydenin Əliyevə göndərdiyi mesaj -   Ağ Ev rəhbərinin Qarabağın uzunmüddətli həllindən danışması...

saytların hazırlanması

Evə çatdırılma

Baydenin Əliyevə göndərdiyi mesaj - Ağ Ev rəhbərinin Qarabağın uzunmüddətli həllindən danışması...

Siyasət

18 Mart 2021 15:40 1580


“Bayden məktubun birinci hissəsində administrasiyasının təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacağını bildirib. Məktubun ikinci hissəsində Amerikanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qaldığı vurğulanıb. Məktubun üçüncü hissəsində enerji əməkdaşlığından söz açılıb: “Biz iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik”. Co Baydenin məktubda sonuncu mesajı da maraqlıdır: “Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Atlas”Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Co  Baydenin Azərbaycan dövlət başçısı İlham Əliyevə göndərdiyi məktubu şərh edərkən bildirib.

O qeyd edib ki, Baydenin İlham Əliyevə yazdığı məktub Ağ Evin əvvəlki sahibi Donald Trampın Bakıya göndərdiyi məktublardan çox da fərqlənmir: Toyuqlu pizza

“Əlbəttə, Baydenin “Qarabağın uzunmüddətli həllindən”  danışması xoşumuza gəlməyib. Ancaq Bayden açıq-aşkar münaqişənin həll olunduğunu da vurğulamazdı. Bu halda Bayden münaqişənin Azərbaycanın xeyrinə həll edildiyini etiraf etmiş olardı. Ağ Ev sahibləri bu etirafı dilə gətirməzlər. Buna baxmayaraq, Baydenin enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi barədə dedikləri iki ölkə arasındakı əməkdaşlığın davamı üçün faydalı cümlələrdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!