“Bayraktar TB3” PUA-sı ilk uçuşunu uğurla keçirdi

saytların hazırlanması

Evə çatdırılma

“Bayraktar TB3” PUA-sı ilk uçuşunu uğurla keçirdi

Dünya

27 Oktyabr 2023 17:36 564


Türkiyənin yeni "Bayraktar TB3" pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu uğurlu alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Baykar" şirkəti məlumat yayıb.

İlk uçuş Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub. pizza sifarişi

Məlumata görə, "Baykar" şirkətinin Texniki direktoru Səlcuq Bayraktarın rəhbərliyi altında həyata keçirilən "Bayraktar TB3"in ilk uçuş sınağı Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində başlayıb. Bu gün, Cümhuriyyətin 100-cü ildönümünə iki gün qalmış saat 08.30-da havaya qalxan "Bayraktar TB3" havada sistem identifikasiya testlərini uğurla tamamlayaraq 1 saatlıq uçuşu həyata keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!