Bayramov Çavuşoğlu ilə erməni təxribatını müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Bayramov Çavuşoğlu ilə erməni təxribatını müzakirə etdi

Siyasət

13 Sentyabr 2022 10:56 756


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı tviter hesabında məlumat paylaşıb.

Nazirlər Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər. Çavuşoğlu Ermənistanı təxribatlardan çəkinməyə çağırıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!