“Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir”
08 İyl 2020 11:11
902

“Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir”

Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bu gün əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı bildirib.

Həkimin sözlərinə görə, Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır.

“Huşu aydın, fəaldır. Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur, aktiv hərəkətlərə cəhd edir. İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən farez, yəni durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”, - deyə B. Musayev bildirib.

Qeyd edək ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər