Bəhram Bağırzadənin liftdə başına gələnlər: “Kişi məni altdan-yuxarı süzdü...“

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadənin liftdə başına gələnlər: “Kişi məni altdan-yuxarı süzdü...“

Şou

26 Oktyabr 2022 17:17 1221


Əməkdar artist Bəhram Bağırzadə başına gələn qeyri-adi hadisəni danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən sənətçi səhər liftdə qonşusuna salam verdiyi üçün kişinin ona əsəbləşdiyini deyib:

"Rəhmətlik atam həmişə bizə öyrədirdi ki, səhər ilk gördüyünüz adamla salamlaşın və çalışın birinci salamı siz verin. Deyirdi ki, böyüklərə əl uzatmayın, salam verin, əgər ağsaqqal sizə əl uzadırsa, onda siz də əl uzadıb salamlaşa bilərsiniz. Toyuqlu pizza

Bu gün səhər liftə daxil oldum. Liftdə təxminən 60 yaşlı bir kişi var idi. Ona salam verdim. Dedim, salam, sabahınız xeyir. Kişi məni altdan-yuxarı süzüb, dedi, mənimləsən? Cavab verdim ki, xeyr, üzr istəyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!