Bəhram bakılı “qədeş“lərdən danışdı: “Maşına qadın minəndə...“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Bəhram bakılı “qədeş“lərdən danışdı: “Maşına qadın minəndə...“ - Video

Şou

14 Mart 2022 12:24 976


Əməkdar artist Bəhram Bağırzadə vaxtilə Bakıda məşhur olan “qədeş”lər barədə danışıb.

Yenisabah.az xəbər verir ki, İTV telekanalında yayımlanan “Fatehin divanı” proqramında qonaq olan aktyor onların əsl kişi olduğunu bildirib:

“O vaxt deyirdilər ki, “Gedək filan qədeşin yanlına məsələ həll edək”. İndi “qədeş” elə bil “çuşka” sözü ilə bir tutulur. Əvvəllər belə deyildi. Mənim yadımdadır ki, həmin o “qədeş”lər aerodrom papaq taxıb taksi sürücüsü işləyirdilər. Maşına bir xanım minəndə güzgünü qaldırırdılar yuxarı ki, güzgüdən qadını görməsinlər, çünki ayıb idi. İndi başa düşürəm ki, əsl kişi, namus, qeyrət budur”. Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!