Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bekar qalmış Həsən Ruhaniyə verilən sual: “Bundan sonra nə edəcəksiniz?”
03 Avq 2021 09:58
495

Bekar qalmış Həsən Ruhaniyə verilən sual: “Bundan sonra nə edəcəksiniz?”

Prezidentlik səlahiyyəti başa çatmış Həsən Ruhani bundan sonra hansı işlə məşğul olacağını açıqlayıb.

Yenisabah.az İRİB-ə istinadla xəbər verir ki, dövlət televiziyasına verdiyi geniş müsahibədə Ruhani prezidentlikdən sonra nə edəcəyinə dair sualı bu cür cavablandırıb: “Əsas işim həmişə mədəniyyətlə bağlı olub. Mən elmi fəaliyyətin arxasınca düşəcəyəm. Mədəniyyət və elm əsas işim olacaq. Məxsusi bir fəaliyyətə yönəlməyəcəyəm”.

Xatırladaq ki, Həsən Ruhani 2013-2021-ci illərdə İran İslam Respublikasının prezidenti vəzifəsini icra edib. O, ruhani təhsilindən başqa, dünyəvi ixtisasa da sahibdir. Eks-prezident gənclik illərində, daha doğrusu, 1969-cu ildə Tehran Universitetinə daxil olub və 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra Həsən Ruhani təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo şəhərində Kaledon Universitetində magistr dərəcəsi, 1999-cu ildə dövlət hüququ üzrə doktorluq elmi dərəcəsi alıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər