Belarus MN Ukrayna Silahlı Qüvvələrinə müraciət ünvanladı

saytların hazırlanması

Evə çatdırılma

Belarus MN Ukrayna Silahlı Qüvvələrinə müraciət ünvanladı

Dünya

26 Oktyabr 2022 20:11 1092


Belarus Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə hərbi müraciət olan video yayımlayıb.

Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, belaruslular onlardan xahiş ediblər ki, onları qorxutmasınlar, təxribata çəkməsinlər, əks halda buna adekvat cavab verəcəklər.

"Silahlı Qüvvələrdəki həmkarlarımıza cavabımız. Siz belaruslara müraciət edərək pafoslu videolar yayımlayır, bizi nədəsə ittiham etməyə çalışırsınız, hətta bəzən bizi qorxudursunuz. Amma siz və biz hərb adamlarıyıq. Biz anlayırıq ki, hədə-qorxu bizim üçün son hədddir. Bizim qardaş xalq olduğumuz isə müsbət siqnaldır”, – Belarus hərbçiləri videoda deyirlər. Dördpendirli pizza

Onlar, həmçinin, ukraynalıların və belarusların birlikdə Avropada nasizmi necə məğlub etdiklərini xatırladıblar.

Biz istəyirik bunu “Xalqın qulluqçuları” da xatırlasın. Əgər siz müharibə istəmirsinizsə, müharibə olmayacaq! Bizi təxribata çəkməyin, qorxutmağa çalışmayın, təzyiq göstərməyin. Onda hər şey istədiyiniz kimi olacaq. Biz müharibə istəmirik, lakin biz çağırışlara və təxribatlara gecikmədən cavab verəcəyik!” – belaruslar qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!