Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırdı

Dünya

02 İyul 2026 19:58 85


Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkə vətəndaşlarını Ukrayna ilə həmsərhəd olan Rusiya vilayətlərinə səfər etməməyə çağırıb.

"Yeni Sabah" xəbər verir ki, Volfoviç bu çağırışı Bryansk vilayətində Belarus sərnişin avtobusuna pilotsuz uçuş aparatının hücumunu şərh edərkən edib.

"Biz artıq xəbərdarlıq etmişdik. Prezident dəfələrlə çıxış edərək demişdi: hörmətli belaruslar, bu gün Rusiyaya, xüsusilə də sərhədyanı vilayətlərə səfərlərdən çəkinin. Orada hər gün pilotsuz uçuş aparatları düşür, xoşagəlməz hadisələr baş verir. Biz sərhədləri bağlamamışıq, getmək və ya getməmək hər kəsin şəxsi qərarıdır", – Volfoviç bildirib. Dördpendirli pizza

O vurğulayıb ki, mövcud şəraitdə həmin bölgələrdə təhlükəsizliyə heç kim tam zəmanət verə bilməz./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!