“Belçika ilə oyunda yaxşı nəticə qazanmaq istəyirik” - Emin Mahmudov

“Belçika ilə oyunda yaxşı nəticə qazanmaq istəyirik” - Emin Mahmudov

İdman Veb saytların hazırlanması

18 Noyabr 2023 22:33 818


"Çox yaxşı komandaya qarşı mübarizə aparacaq. Bu görüşdə nəticə qazanmaq istəyirik".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi bütün oyunçuların görüşə hazır olduğunu bildirib: "Ümid edirəm ki, yaxşı nəticə də əldə edəcəyik".

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!