Belçika vətəndaşlarını İranı tərk etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Belçika vətəndaşlarını İranı tərk etməyə çağırdı

Dünya

19 Dekabr 2022 15:26 621


Belçika Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olan şəxsləri İranı tərk etməyə çağırıb. 

Yenisabah.az-ın xəbərinə görə, nazirliyin bununla bağlı açıqlamasında bildirilib ki, İranda olan Belçika vətəndaşları həbs və əsassız mühakimə edilmə riski ilə üzləşəcəklər. 

“Bu risk hətta İranda turizm məqsədi ilə səfərdə olan insanlara da şamil edilir. Vətəndaşlarımız həbs olunarsa, onların insan hüquqlarının qorunacağına təminat yoxdur”, - XİN-dən qeyd olunub.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!