“Belə bir dünyada valideyn olmazdan əvvəl düşünün!”

saytların hazırlanması

Evə çatdırılma

“Belə bir dünyada valideyn olmazdan əvvəl düşünün!”

Şou

02 İyul 2025 09:15 376


"Belə bir dünyada yaşamaq məni sarsıdır və qorxudur. İnsanlar çox qəddarlaşıb. Rusiyada yaşayan azərbaycanlılara görə narahatam. Müharibələrdən bezmişəm. Bitmir dünyadakı müharibələr".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

Sənətçi "ədalət" sözünün artıq heç bir məna kəsb etmədiyini bildirib: pizza sifarişi

"Belə bir dünyada, indiki zamanda valideyn olmazdan əvvəl düşünün. Belə dünyaya özünüzdən bir can gətirmək istəyirsinizmi? Hər gün dünyada yeyəcək məhsulların qiyməti artır. Dünyanın bəzi ölkələri su qıtlığından əziyyət çəkir. Bəziləri isə rəsm əsərlərinə milyonlara pul ödəyib, evinin divarından asır. Çox absurd bir dünyada yaşayırıq. Kimsə 1 günlük toy tədbirinə 56 milyon xərcləyir, kimsə övladlarına 1 kiloqram meyvə almağa çətinlik çəkir. Ədalət sözü yalnız yazılan kitablarda söz olaraq qalır və başqa heç bir məna kəsb etmir artıq. Sevgi də, hörmət də pulla alınır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!