“Bərdədə 14 yaşlı qızın 4 nəfər tərəfindən zorlanması ilk növbədə ənənəvi dəyərlərin, ailə institutunun zəifləməsinin nəticəsidir. Tərbiyəsizlik baş alıb gedir! Belələrinin hökmü ölüm olmalıdır. Lakin yetkinlik yaşına çatmayıblarsa, maksimum 10 il müddətinə azadlıqdan məhrum ediləcəklər”.
“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib: ““Ədalətin bərqərar olması, potensial cinayətkarların qorxması üçün ictimai qınaq güclü olmalıdır! Bu halda hər kəs layiqli cəzasını alacaq”.
Telegram kanalımız