Benzema da Səudiyyə meydanlarında top qovacaq

Benzema da Səudiyyə meydanlarında top qovacaq

İdman Veb saytların hazırlanması

05 İyun 2023 15:09 589


Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanı klubu “Əl-İttihad”la müqavilə imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano tviter səhifəsi vasitəsilə paylaşım edib.

Onun sözlərinə görə, İspaniyanın “Real Madrid” klubundan ayrılan 36 yaşlı hücumçu ərəblərlə keçidin bütün detallarını razılaşdırıb. Fransa millisinin sabiq üzvünün yeni komandası ilə 2 illik müqavilə imzaladığı vurğulanıb.

Kərim Benzema 2009-cu ildən bəri “Real Madrid”in formasını geyinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!