Bərdə rayonunda yaşayış evində qaz sızmasından baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə, axşam saatlarında rayonun Yeni Əyricə kəndində qeydə alınıb. Kənd sakini Qasımov Füzuli Məhəmməd oğluna məxsus yaşayış evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə ev sahibi F. Qasımov və 1953 -cu il təvəllüdlü Tünzalə Qazıyeva xəsarət alib.
Hər iki yaralı Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkim Hafiz Əliyevin verdiyi məlumata görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirir. Hər iki yaralı Respublika yanıq mərkəzinə göndəriləcək. pizza sifarişi
Telegram kanalımız