Sosial şəbəkədə ona şərh yazan izləyicilərinə təhqirlə cavab vermiş müğənni Berkay susqunluğunu pozub.
Yenisabah.az xəbər verir ki, arvadı Özlem Ada Şahinlə görüntülənən müğənni yazdığı şərhə görə peşman olmadığını bildirib: "Həm söyüş söyür, həm də pul istəyir. Şəxsiyyətsiz və qürursuzdurlar".
Berkay sosial şəbəkədə təhqiramiz şərhlər yazan izləyicisi Burak B.-yə təhqir və təhdid dolu mesaj göndərib. İzləyici mesajı aldıqdan sonra prokurorluğa müraciət edib. pizza hut
Müğənni məhkəmədə təqsirini inkar etməyib: "Məni və ailə üzvlərimi təhqir etdi. Əsəbiləşdim və yazdım. Məndən pul istədi...".
Məhkəmədən sonra Berkay 26 min 400 lirə cərimə ödəməli olub.
Telegram kanalımız