Berlində Ermənistanın hərbi cinayətlərinə etiraz olaraq avtoyürüş keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Berlində Ermənistanın hərbi cinayətlərinə etiraz olaraq avtoyürüş keçirildi - Fotolar

Dünya

10 Oktyabr 2022 18:25 1029


Almaniyanın paytaxtı Berlində Ermənistanın hərbi cinayətlərinə etiraz olaraq avtomobil yürüşü keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, şəhərin mərkəzi küçələrində baş tutan və maarifləndirici xarakter daşıyan aksiya zamanı Azərbaycan bayraqlarına bürünən avtomobillərin üzərində “Qarabağ Azərbaycandır!”, “Azərbaycan müharibə əleyhinədir!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Azərbaycan torpaqlarında erməni əsgərlərinə YOX!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənistan, itkin düşmüş azərbaycanlılar barədə məlumat ver!”, “Ermənistanın hərbi cinayətlərinə son qoyulsun!” və s. şüarların yazıldığı plakatlar nümayiş etdirilib. pizza

Məqsəd indiyədək Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında minalar basdırmağa cəhdlər göstərməsinə, rəsmi İrəvanın itkin düşmüş azərbaycanlılar haqqında məlumatları verməkdən boyun qaçırdığına, Ermənistanın ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərinə, o cümlədən Edillidə tapılmış kütləvi məzarlıqlara, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və yeniyetmələrin öldürüldüyünə etiraz səsini ucaltmaq olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!