Berlində fövqəladə vəziyyət: Beş min evin sakinləri təxliyə edilirlər

saytların hazırlanması

Evə çatdırılma

Berlində fövqəladə vəziyyət: Beş min evin sakinləri təxliyə edilirlər

Dünya

26 Avqust 2026 22:58 92


Berlin şəhərində İkinci Dünya müharibəsi dövrünə aid bombanın aşkarlanması səbəbindən təxminən 5,6 min ev və mənzilin sakinləri təxliyə edilirlər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Almaniya paytaxtının hüquq-mühafizə orqanları məlumat yayıblar.

Təhlükəli əşyanın aşkarlandığı ərazinin 500 metr radiusunda təhlükəsizlik zonası yaradılıb. Bu zonaya qocalar evi, uşaq bağçası və evsizlər üçün sığınacaq da daxildir. Dominos pizza

İnsanların təxliyəsinə artıq başlanılıb. Əməliyyata 200 polis əməkdaşı, həmçinin yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri cəlb olunublar. Yaxınlarının yanında qala bilməyən insanlar üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.

Təxminən 100 kiloqram ağırlığında olan bomba Noykölln rayonunda gəmiçilik kanalının dibində aşkarlanıb. Yaxınlıqda avtomobil nəqliyyatının intensiv hərəkət etdiyi Zonnenallee küçəsi yerləşir.

Bomba kanalın dibindən çıxarılaraq üzən pontonun üzərinə yerləşdirilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!