Beş rayonun keçmiş prokuroru vəfat edib - Foto

saytların hazırlanması

Evə çatdırılma

Beş rayonun keçmiş prokuroru vəfat edib - Foto

Hadisə

16 Noyabr 2025 00:06 3569


Ədliyyə Nazirliyinin Akademiyasında prorektor vəzifəsində işləmiş hüquq elmləri üzrə fəlsəfə doktoru polkovnik İlham Abbasov vəfat edib.

Sfera.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.

İ.Abbasov uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutub. O, Biləsuvar, Qəbələ, Zəngilan, Qubadlı və Masallı rayonlarının prokuroru olub. Daha sonra Baş Prokurorluğunun mərkəzi Aparatında işləyib. pizza

2001-2017-ci illərdə Ədliyyə Nazirliyinin Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb. 2017-ci ildən təqaüddə idi.

Mərhum Bakının Mehdiabad qəbristanlığında dəfn edilib./Modern.az

Allah rəhmət eləsin.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!