Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində ekoloji mühitin qiymətləndirilməsi, biomüxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlərə başlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.
Qeyd olunur ki, qoruğun ərazisində aidiyyəti qurumlarla birgə flora və fauna növlərinin qiymətləndirilməsi, inventarlaşdırılması işləri həyata keçirilir. Sezar pizza
Onun sözlərinə görə, fauna aləminin müşahidəsi məqsədilə ərazidə videotələlər quraşdırılıb: "Son bir həftə ərzində quraşdırılan videotələlər vasitəsilə tirəndaz (Hystrix indica), adi qırqovul (Phasianus colchicus), çöl donuzu (Sus scrofa) və digər fauna növlərinin görüntüləri qeydə alınıb".
Telegram kanalımız